Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
İşğalçı dövlətə havadarlıq edənlər onların cinayətlərinə şərikdirlər

0

  •         Bildiyimiz kimi, işğalçı ermənistan dövləti öz müstəqilliyini 1991-ci ildən elan etsə də, həmişə təhlükəsizlik siyasətini Rusiya dövləti ilə qurub və Azərbaycan dövlətinə qarşı həyata keçirdiyi işğalçılıq siyasəti sayəsində Rusiyadan dəstək alıb. Məlum olduğu kimi, bu siyasətin davamı olaraq 12 iyul 2020-ci il tarixində erməni hərbi birləşmələri Azərbaycan-Ermənistan sərhəddinin Tovuz rayonu ərazisində atəşkəs rejimini pozaraq hərbi birləşmələrimizin dayaq məntəqələrini və həmin ərazidə yerləşən mülki əhalinin yaşadığı kəndləri ağır artilleriya mərmiləri ilə atəşə tutdular. Bu istiqamətdə düşmənin həyata keçirdiyi məkrli siyasətin məğzi və manası aydın idi. Odur ki, Azərbaycan Ordusunun həyata keçirdiyi qabaqlayıcı tədbirlər sayəsində düşmən qüvvələri ağır itkilər verərək geri oturdulmuşdur. Sonradan məlum olmuşdur ki, erməni hərbi birləşmələrinin atdığı silahlar Serbiya dövlətinin Gürcüstan ərazisindən Ermənistana göndərdiyi silahlardı. Bu istiqamətdə Azərbaycan dövləti müəyyən dövrlərdə Serbiya dövlətinə göstərdiyi köməkliyin əksinə olaraq onların atdığı addıma özünün kəskin münasibətini bildirmişdir. Eyni zamanda Serbiya dövlətinin nümayəndə heyəti Azərbaycan Respubilkasının XİN-nə dəvət olunmuş iki dövlət səviyyəsində məsələyə aydınlıq gətirilmiş və Gürcüstan dövlətinə bu silahların onun ərazisindən Ermənistana keçrilməsi ilə əlaqədar olaraq Azərbaycan dövlətinin etirazı bildirilmişdir.       Bundan sonra məlum olmuşdur ki, mənfur düşmənlərin yenidən bir daha silahlandırılması məqsədi ilə Rusiya dövləti Qazaxıstan, Türkmənistan və İran-İslam Respubilkası üzərindən gizli yolla Ermənistana 400 ton çəkidə hərbi sursat göndərmişdir. Bu məsələyə adekvat cavab olaraq möhtərəm prezidentimiz İlham Əliyev cənabları 13 avqust 2020-ci il tarixdə Rusiya prezidenti V.Putinə zəng edərək iki ölkə arasında mövcud əməkdaşlığın pozulmasına xidmət edən addımların atılmasına özünün etirazını bildirmişdir. Telefon söhbəti zamanı Azərbaycan-Rusiya tərəfdaşlığının bütün sahələr üzrə qorunmasına və möhkəmləndirilməsinə dair müsbət fikirlər ifadə olunmuşdur.        Azərbaycan dövləti hərbi nöqteyi nəzərdən öz sərhədlərini qorumağa, işğal olunmuş torpaqları azad etməyə layiq Ordusu olan bir dövlətdir. Dövlətimizə qarşı baş verən ədalətsiz və beynəlxalq hüquqa zidd olan təcavüzkar siyasətə qarşı mübarizədə bizə dəstək olan qardaş Türkiyə dövlətinin mövqeyini yüksək səviyyədə qiymətləndiririk.Təranə Əliyeva,Xocalı rayon sakini
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib50 dəfə
    İşğalçı dövlətə havadarlıq edənlər onların cinayətlərinə şərikdirlər

    Maraqlı gələ bilər
    56